10 Sentyabr 2019 20:27
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Boltonu tutduğu vəzifədən azad edib.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Tvitter mikrobloqunda məlumat yayıb.

"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Buna görə də Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini yazdı", - deyə Tramp qeyd edib.

O, bu posta təyin etdiyi yeni namizədin adını gələn həftə açıqlayacağını deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər