İslamabad Kəşmir əhalisinin vəziyyətinə dair mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəklənməsinə nail ola bilmir.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri İjaz Əhməd Şah bildirib.
“Beynəlxalq ictimaiyyət bizə inanmır. Biz bildirdik ki, hindistanlılar komendant saatı tətbiq ediblər, Cəmmu və Kəşmir sakinlərinə dərman verməkdən imtina edirlər. Hamı onlara inanır, bizə yox. Hakim elita ölkəmizi və onun adını məhv edib. Artıq bizi ciddi xalq hesab etmirlər”, – deyə o “Hum News” telekanalına müsahibəsində bildirib.
Şah bu sözləri Pakistan xarici işlər nazirinin Cenevrədə Hindistan hakimiyyətini Kəşmirin nəzarət etdiyi hissəsində insan hüquqlarının kütləvi şəkildə pozulmasına dair açıq-aşkar ittiham etməsindən bir neçə gün sonraya təsadüf edib.