12 Sentyabr 2019 15:07
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı yazıçı Stiven Kinq ABŞ prezidenti seçiləndən bu yana Tvitterdə Donald Trampı ələ salır.

Teleqraf.com xəbər verir ki, Kinq bu dəfə ABŞ prezidentini “istedadsız axmaq” adlandırıb.

“The Guardian” qəzetinə müsahibə verən roman yazarı Donald Trampın miqrant siyasətinin yeni kitabı “İnstitut”a təsiri olmadığını bildirib:

“Trampın miqrant siyasəti kitaba mənfi təsir etmədi. Çünki bu kitab o istedadsız axmaq prezident olmamışdan əvvəl yazılmışdı. Uşaqlar dünyanın hər yerində həbs edilir və kölələşdirilir. Ümid edirəm ki, “İnstitut”u oxuyanlar bu hakimiyyətin qəddar və irqçi siyasəti ilə bağlı reallıqları görəcək”.

Kinqin yeni romanı telekinetik və telepatik istedadı olan, qara SUV-lardakı adamlar tərəfindən oğurlanan və “İnstitut” adlanan qorxunc bir düşərgəyə aparılan bir qrup gəncdən bəhs edir.

Stiven Kinq prezidentlə bağlı ən məşhur ifadəsini keçən il Donald Tramp ABŞ və Meksika arasında divarın çəkilməsi ilə bağlı təklif verəndə işlətmişdi. Həmin vaxt Tramp bu divara görə, Meksikanın da ödəniş etməli olduğunu demişdi.

Yazıçı Amerika prezidentinin bu qərarına belə reaksiya vermişdi: “Gözlə, bir dəqiqə gözlə. Meksika Trampın işə yaramayan, altından tunel keçən divarının pulunu ödəyəcək...”


Müəllif: Mənsur Rəğbətoğlu