15 Sentyabr 2019 14:12
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG-PKK terror qruplaşması Suriyanın Haseke və Qamışlı bölgəsində orqan ticarəti ilə məşğul olan səhra xəstəxanası yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, terrorçuların zorla sıralarına cəlb etdiyi şəxslər vuruşmağa razılaşdığı halda PKK cərgələrində xidmətə, razılaşmadığı halda isə sözügedən xəstəxanaya orqanlarının çıxarılması üçün göndərilir.

Xəstəxana yaxınlığında onlarla azyaşlının meyitinin tapıldığı bildirilir. Orqan mafiyaları satılan orqanlar qarşılığında terrorçulara silah verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər