16 Sentyabr 14:12
466

Konqo Demokratik Respublikasında ötən ilin avqustunda qeydə alınan ebola virusundan ölənlərin sayı 1984 nəfəri ötüb.

Teleqraf.com-un məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, 3128 nəfərdə qanaxma və hərarət aşkar edilib, onlar müvafiq peyvənd edilib. 3017 nəfərdə isə ebola virusu aşkarlanıb.

Rəqəmlərə görə, eboladan 1984 nəfər vəfat edib, 111 nəfər hazırda ebola virusundan müayinə edilir.

Qeyd edək ki, ebola virusu 2013-cü ildə Afrikada yayılıb. 2014-2017-ci illərdə 30 min insanda virus aşkar edilib və 11 mindən çox insan ölüb.


Müəllif: Cavad