Səudiyyə Ərəbistanının neft müəssisələrinə hücum İranın cənub-qərbindən həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, ABŞ rəsmiləri bu fikirdədir.
İddialara görə, dron və raketlərin qalxdığı məkan artıq müəyyən olunub. Amerika mediası yazır ki, Səudiyyənin neft təssisatlarını vuran raket və dronların buraxıldığı yer İranın cənubunda, Bəsrə körfəzinin şimal ucudur.
“Nyu-York Times” qeyd edir r ki, ABŞ müdafiə naziri Mark Esper və baş qərargah rəisi, general Cozef Dunford Prezident Trampa raketlərin atıldığı nöqtə və neft anbarlarının vurulması daxil olmaqla İranın neft strukturunu hədəfə ala biləcək məxfi kiber əməliyyatları əhatə edən bir sıra təkliflər təqdim edib.
ABŞ kəşfiyyat analitikləri və hərbi mütəxəssislər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum zamanı ələ keçirilən silahların qalıqlarını və mexanizmini araşdırır.
“Amerikanın səsi” radiosu isə qeyd edir ki, neft obyektlərinə hücum zamanı zərər çəkən nöqtələrlə bağlı peyk görüntüləri, alçaqdan uçan müşahidə raketlərinin radar izləri qiymətləndirilir.