20 Sentyabr 2019 12:14
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın “Nubaraşen” təcridxanasında iğtişaş baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, iştişaşa səbəb Ermənistanın Cinayət Məcəlləsində qanun oğrularla (düzəlişə əsasən, qanuni oğru adını daşıyan istənilən şəxs cinayət məsuliyyətinə cəlb ediləcək – red.) bağlı edilən düzəliş olub.

İğtişaşda ümumilikdə 115 məhkum iştirak edib. İğtişaşın yatırılması üçün təcridxana rəhbərliyi təkcə polis və Milli Təhlükəsizlik Xidmətinə yox, həmçinin qanuni oğrulara da müraciət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər