23 Sentyabr 2019 11:40
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davos İqtisadi Forumundan əvvəl Açıq Cəmiyyət İnstitutunun qurucusu Corc Soros mənimlə görüşmək istədiyini bildirdi, amma iş cədvəlim çox sıx idi, mən onun istəyini təmin edə bilmədim”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-a səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, jurnalistlərə açıqlamasında haqqında bəzi məlumatların yayıldığını və onun “Sorosun adamı” adlandırıldığını bildirib.

Paşinyan keçən il Ermənistan baş verən hakimiyyət dəyişikliyinin kənar qüvvələr tərəfindən planlaşdırılması iddiasından da danışıb:

“Mən hər kəsi sakitləşməyə çağırıram. Çünki Ermənistanda inqilab təbii şəkildə, planlaşdırılmadan baş verdi”.

Paşinyan xalqın inqilab etdiyini və bu barədə əks fikir səsləndirənlərin bununla erməniləri alçaltmaq istədiklərini deyib:

“Məsələyə Soros və ya başqa birini qarışdırmaq istəyənlər erməni xalqının ləyaqətini təhqir etmək istəyir. Erməni xalqı onları əzənləri tarixin zibil zibil qutusuna atdı və onlar orada qalırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər