23 Sentyabr 2019 14:42
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson İranın Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumda iştirak etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “AFP” xəbər yayıb.

“Böyük Britaniyanın Baş naziri Boris Conson Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumların arxasında İranın dayandığını söylədi”, – deyə agentlik yazır.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanında pilotsuz təyyarələr “Saudi Aramco” dövlət neft-qaz şirkətinin iki emal zavoduna hücum edib. ABŞ dövlət katibi Mayk Pompeo bu hücumda İranı günahlandırıb.

Öz növbəsində İranın müdafiə naziri Əmir Hatəmi Tehranın ünvanına irəli sürülən ittihamları rədd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər