İranın ali dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün İrana etdiyi əməkdaşlıq təklifinin özü tərəfindən rədd edildiyini açıqlayıb.
Teleqraf.com-un “Radikal”a istinadən verdiyi xəbərə görə, keçirdiyi cərrahiyyə əməliyyatından sonra bu gün xəstəxanadan çıxarılan Xamneyi dövlət televiziyasına qısa açıqlama verib: “Xəstə yatağında keçirdiyim son bir neçə gün ərzində ABŞ-ın İŞİD ilə mübarizə mövzusundakı açıqlamalarını təqib etdim. Həqiqətən əyləncəliydi”.
İŞİD-ə qarşı yaradılmış mübarizə strategiyasını və koalisiyanı "absurd və içi boş" kimi səciyyələndirən Xamneyi birliyin İŞİD-lə mübarizədən daha fərqli hədəflər arxasınca olduğu fikrini dilə gətirib.
İranın İŞİD ilə mübarizə üçün yaranacaq koalisiyaya dəvət edilib edilməyəcəyinə münasibət bildirən Xamneyi ABŞ-ın kütləvi şəkildə keçirəcəkləri yanlış və qanunsuz işə İranın iştirak etməsindən ümidini kəsməsinin bir fəxr olduğunu qeyd edib.
Məsələnin pərdə arxasının daha fərqli olduğunu deyən Xamneyi bildirib ki, ABŞ İraq səfirliyi vasitəsilə Bağdaddakı İran səfirinə İŞİD ilə mübarizə mövzusunda ortaq bir görüş keçirmək təklif edib: “Ölkə daxilində bəzi şəxslər bu məsələdə bir problem görməsələr də, mən buna qarşı çıxdım. ABŞ ilə əməkdaşlıq etmirik, çünki ABŞ-ın əlləri və niyyəti çirklidir”.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.