Rusiya Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-leytenant Aleksandr Kşimovski Ermənistana gəlib.
Teleqraf.com xəbər verir ki, rus general səfər çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.
Görüşdə Ermənistan-Rusiya tərəfdaşlığının hazırkı vəziyyəti, əməkdaşlığın gələcək inkişaf yolları və perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.