Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının sammitində iştirak etmək üçün ABŞ-a apardığı nümayəndə heyətində keçmiş baş nazir Binəli Yıldırımın yer alması müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, keçmiş baş nazirin sammitdə ön sıralarda oturması da diqqət çəkib.
Ərdoğanın BMT Baş Assambleyasında çıxışı zamanı maliyyə naziri Berat Albayrak və müdafiə naziri Hulusi Akarın arasında oturan Binəli Yıldırım xarici işlər naziri Mövlud Çavuşoğlunun da önündə yer almışdı.
Keçmiş baş nazirin hansı mövqe ilə BMT zirvəsinə qatıldığı müzakirə olunduğu vaxt onun çoxdan prezidentin köməkçisi təyin olunduğu iddia edilib.