ABŞ-da naməlum şəxs ətrafdakılara hücum edib.
Bu barədə CBS teleşirkəti məlumat yayıb.
Bildirilir ki, hadisə Merilend ştatında, Baltimor dairəsindəki ticarət mərkəzlərindən birində baş verib. Hücum zamanı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Polis hücumçuya atəş açıb. Hadisənin digər təfərrüatı açıqlanmır.