30 Sentyabr 2019 12:20
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə kəşfiyyat xidmətinin (MI16) keçmiş direktoru Riçard Dirlav keçən günlərdə vəfat edən Fransanın keçmiş prezident Jak Şirak haqda diqqət çəkən iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, MI-16-nın keçmiş direktoru İraqın mərhum dövlət başçısı Səddam Hüseynin ABŞ-ın İraqa müdaxiləsini boykot etməsi üçün Jak Şiraka rüşvət verdiyini bildirib.

“Daily Mail” qəzetinə açıqlama verən Riçard Dirlav Fransanın mərhum prezidentinin seçki kampaniyasına xərcləmək üçün Səddam Hüseyndən külli miqdarda pul aldığını, buna görə də ABŞ-ın İraqa hərbi müdaxiləsinə qarşı çıxdığını deyib:

“ABŞ və İngiltərə kəşfiyyatının əlində Şirakın Səddam Hüseyndən pul aldığına dair ciddi faktlar var. Vəfatından sonra isə yazırlar ki, Jak Şirak İraq məsələsində haqlı idi. Amma bunu deyə bilərəm ki, onun verdiyi bu qərarın səbəbi göründüyü kimi deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər