9 Oktyabr 2019 14:00
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında Tel-Rifat regionunda mövqe tutan YPG/PKK Azez qəsəbəsində yerləşən Suriya Milli Ordusunu (SMO) ön mövqelərini ələ keçirməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, SMO birliklərinin YPG-yə qarşılıq verməsi nəticəsində silahlı qarşıdurma yaranıb.

Silahlı qarşıdurma zamanı SMO-nun bir silahlısı öldürülüb, amma YPG-nin sızmasının qarşısını alınıb. YPG-nin sızmaq cəhdinə qarşı Türk Silahlı Qüvvələri də (TSK) terror təşkilatının Tel-Rifatdakı mövqelərini artilleriya atəşinə tutub.

Məlumat üçün xatırladaq ki, Azad Suriya Ordusu ötən həftə Suriya Milli Ordusu adı altında birliklər qurub.


Müəllif: Cavad