Amerikanın quru qüvvələri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizə aparmaq üçün İraqa yerləşdirililəcək.
Teleqraf.com-un amerikanınsesi.org-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Birgə Qərargahlar rəisi general Martin Dempsi Konqresin Silahlı Qüvvələr komitəsində çıxışı zamanı bildirib. O deyib ki, əgər ekstremistlərə qarşı mübarizədə ABŞ-ın hərbi müşavirlərinin İraq döyüşçülərini müşayiət etməsi haqqında nəticə çıxarsa, bunu prezident Barak Obamaya tövsiyə edəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf prezident Obamanın İraqa əsgəri qüvvə göndərilməyəcəyinə dair mövqeyini təkrar edib.
Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayan zaman Birləşmiş Ştatların əməliyyatları genişləndirəcəyini, lakin ABŞ-ın İraqda quruda daha bir müharibəyə cəlb edilməyəcəyini bildirib.
Samir