17 Oktyabr 2019 16:14
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp sosial şəbəkədə son paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda Nobel mükafatını qazanan Efiopiyanın baş naziri Abiy Əhməd Əlini təbrik edərkən “Nobel Sülh mükafatı” əvəzinə “Noble sülh mükafatı” yazıb.

Sosial şəbəkə istifadəçiləri isə “İvanka Tramp onu izləməyən “Noble” sülh mükafatı qazanan şəxsi təbrik etdi” şərhini yazıblar.

Prezidentin qızı dərhal statusu İnstaqram və Twitter hesabından silib.


Müəllif: Rəqsanə Həsənova