19 Oktyabr 2019 15:43
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya məhkəməsinin Kataloniya bölgəsində müstəqillik tərəfdarı doqquz siyasətçiyə hökm oxuduqdan sonra başlayan etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, etirazların beşinci günündə Barselona şəhərində ümumi tətil elan olunub.

Tətil səbəbindən iş yerləri, digər müəssisələr və dükanlar öz fəaliyyətini dayandırıb. Bu qərardan sonra Kataloniya bölgəsinin Fransa və Andorra sərhədləri bağlanıldığı halda, Barselona hava limanında 57 təyyarə reysi təxirə salınıb.

Etirazçılar Kataloniyanın paytaxtı Barselonanın mərkəzində toplaşıb.

Kataloniya bayraqları qaldıran nümayişçilər müstəqillik şüarı səsləndirərək, İspaniya məhkəməsindən siyasətçilərin azad olunmasını tələb edir.

Etirazçılarla polis qüvvələri arasında qarşıdurma baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu