22 Oktyabr 2019 11:40
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Baş naziri Castin Trüdonun rəhbərlik etdiyi Liberal Partiya oktyabrın 21-də keçirilən parlament seçkisində qalib gəlib.

Teleqraf.com xəbər verir ki, bununla belə ölkənin seçki komissiyası Liberal Partiyanın 170 mandat üzrə mütləq çoxluğu qazana bilmədiyini açıqlayıb.

Liberallar 158 dairədə liderlik edirlər, mühafizəkarlar isə 119 dairədə dəstək qazanıblar.

Qeyd olunur ki, Castin Trüdo hökumət formalaşdıra bilmək üçün tərəfdaşlar axtarmalı olacaq.


Müəllif: Səxavət