23 Oktyabr 2019 01:36
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya deputatları "Brexit" haqqında yeni qanun layihəsini dəstəkləyiblər.

Qeyd edilir ki, qanun layihəsi ikinci oxunuşda qəbul olunub. İcmalar palatasının 329 üzvü qanunun lehinə səs veriblər. Palatanın 229 üzvü qanun layihəsinə qarşı çıxıb.

Bu, Böyük Britaniyanın baş naziri Boris Conson hökumətinin hakimiyyətə gəlişi anından qələbə qazandığı birinci iclas olub.


Müəllif: Mənbə/Report