17 Sentyabr 2014 23:32
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama etdiyi şərhdə 'ABŞ əsgərlərinə İraqda IŞİD'e qarşı döyüş əmri verməyəcəyəm "dedi.

ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı həyata keçiriləcək strategiyanın detallarını açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, canlı yayında dünyaya səslənən Obama ABŞ əsgərinin quru əməliyyatlarda iştirak etməyəcəyini bildirib.

İŞİD-lə mübarizənin yalnız ABŞ-ın deyil, bütün dünyanın və xüsusilə bölgə xalqlarının mübarizəsi olduğunu deyən Obama “uşaqlarımız və onların uşaqları üçün bunu etməliyik” söyləyib.

“Qoşunlarımızı İraqdan çəkdikdən sonra anladıq ki, quruda döyüşməkdənsə hava əməliyyatları və müttəfiqlərimizə dəstək verməklə daha təsirli şəkildə mübarizə apara bilərik. ABŞ əsgərlərinə İraqda döyüş əmri verməyəcəyəm. ABŞ əsgərləri İraqda quru əməliyyatında iştirak etməyəcək”, - Obama vurğulayıb .

ABŞ-ı təhdid edənlər üçün dünyada etibarlı bir yerin olmadığını ifadə edən ABŞ prezidenti İraqla yanaşı Suriyada də İŞİD-in hərbi əməliyyatların hədəfi olacağını və terror təşkilatını yer üzündən siləcəklərini söyləyib.


Müəllif:

Oxşar xəbərlər