1 Noyabr 2019 13:43
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məni vursalar, Milena ağlamaz.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə deyib.

Prezident Respublikaçılar Partiyasının tədbirində çıxış edib və çıxışı əsnasında 2017-ci ildə Nümayəndələr Palatasının üzvü Steve Skalisin vurulması haqda danışıb: “Xəstəxanada Skalislə tanış olduğumuz gün xanımı yana-yana ağlayırdı. Bir çox xanımın belə hadisələrdə eyni yanaşma ortaya qoyacağını düşünmürəm. Mənim xanımımın belə reaksiya verməyəcəyini bilirəm”.

Xatırladaq ki, Donald Tramp Milena ilə 2005-ci ildə evlənib. Onların Barron adlı 13 yaşlı uşağı var.

Amma Prezident Trampın keçmişi qadınlarla sıx bağlı olduğu üçün daima skandal durumlarla qarşılaşır. Məhz bu duruma görə, ABŞ prezidenti ilə birinci xanım arasında münasibətlərin heç də rəvan olmadığı söylənilir.


Müəllif: Cavad