6 Noyabr 2019 12:29
2 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin regionda atdığı cəsarətli addımlar və göstərdiyi ciddi iradədən sonra “Yaxın Şərqin kirayəlik qatili” adını almış Məhəmməd Dahlan yenidən səhnəyə çıxaraq Prezident Ərdoğanı və AKP hökumətini “düşməni” adlandıraraq onlara qarşı fəaliyyət göstərəcəyini elan edib.

Teleqraf.com xəbər verir ki, Məhəmməd Dahlan skandal açıqlamalarını Dubayda fəaliyyət göstərən Səudiyyə Ərəbistanın sərmayəçisi olduğu MBC kanalına danışıb. Səudiyyə Ərəbistanının tətikçisi kimi tanınan Dahlan Türkiyəni hədəfə alaraq təhqir və qara təbliğata əl atıb.

Dahlan Prezident Ərdoğan və hökuməti haqqnda “düşmənlərim” ifadəsini işlədib. Habelə Qətər və Fələstinin Türkiyədən ayırmaq planı həyata keçirdiyini elan edib.

MBC kanalına daha çox İsrailin ağzı ilə danışan Dahlan Türkiyə haqqında “Yaxın Şərqdə Osmanlı İmperatorluğunu qurmaq düşüncəsindədir” deyə qara piarada üstünlük verib.

15 iyulda FETÖ-nun dövlət çevrilişinə cəhd planında rolunu rədd edən Dahlan eyni zamanda bu dövlət şevrilişi cəhdində rol alması ilə yanaşı Türkiyəni hədəfə alan əməliyyatlarda iştirakı ilə tanınır.

Məhəmməd Dahlan bəyan edib ki, Qətər Türkiyə və İranla birlikdə hərəkət etmək əvəzinə ərəb ölkələri ilə birgə olmalıdır.

Xatırladaq ki, Məhəmməd Dahlan Fələstində Həmas və Mahmud Abbasa qarşı çevriliş planladığı ortaya çıxmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər