Fransa tərəfi istəsə, Rusiya Smolenskdə aşkar edilmiş Napoleonun müttəfiqi, general Qyudenin qalıqlarını Parisə təhvil verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Prezident Vladimir Putin bu əhvalatdan xəbərdardır: “Əlbəttə, əgər Fransa tərəfi bu məsələdə niyyətini, marağını göstərirsə, biz hər cür kömək göstərməyə hazırıq”.
Qalıqlar Lopatinski bağındakı Kral bastionunda qazıntılar zamanı aşkar edilib. Bir DNT ekspertizası qalıqların Sezar Şarl-Etyen Qyudenə aid olduğunu təsdiqləyib.
1812-ci il hərbi kampaniyası zamanı general Fransa ordusunun 1-ci korpusunun 3-cü diviziyasına başçılıq edib. O, Smolensk döyüşündə fəal iştirak edib. Valutina dağı yaxınlığında gedən döyüşdə ölümcül yaralanıb.