Boliviya Prezidenti Evo Morales radikal əhval-ruhiyyəli qrupların təşkil etməyə çalışdıqları dövlət çevrilişi təhlükəsi barədə ölkə vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Tvitter”dəki səhifəsində yazıb:
“Bacı və qardaşlar, radikal insanlar konstitusiya quruluşunu pozmaq, dövlət çevrilişi etmək üçün təşəbbüs göstərməyə çalışdığından bizim demokratiyamız təhlükə altındadır. Biz qanunun aliliyinə söykənərək beynəlxalq ictimaiyyət qarşısında bu cəhdləri rədd edirik”.
Bundan əvvəl Boliviyanın müdafiə naziri Xavyer Savaleta hakimiyyətin ölkədə etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün küçələrə əsgər göndərmək niyyətində olmadığını bildirmişdi.
Oktyabrın 23-də Evo Morales prezident seçkilərində səslərin sayılması ətrafında etirazlar səbəbindən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.