Suriyanın Hələb şəhərinin Əl Bab mahalında bomba yüklənmiş avtomobil partladılıb.
Teleqraf.com xəbər verir ki, xəstəxana yaxınlığında baş verən hadisə nəticəsində bir nəfər yaralanıb.
Yaralı şəxsin hüquq bürosunun rəhbəri olduğu üzə çıxıb.
Hələlik hücumu heç bir terror qruplaşması üzərinə götürməyib.