Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.
Teleqraf.com-un məlumatına görə, kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir", - deyə o bildirib.
Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin (Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar.