11 Noyabr 2019 15:41
2 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

100 il əvvəl İngiltərə kəşfiyyatına məxsus gizli sənədlərdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqda ilginc faktlar yer alıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, sözügedən sənədlərdə Atatürk və həmin dövrdə Anadoluda başlayan müstəqillik hərəkatı “təhlükəli” və “inqilabi” adlandırılıb.

Açılan dosyelərdə bildirilib ki, Atatürkün liderlik etdiyi hərəkatın qarşısını almaq üçün müttəfiq dövlətlər bir araya gəlməli və Türkiyə ərazilərində bu hərəkata qarşı olan qüvvələrə dəstək verilməlidir.

Dönəmin kəşfiyyat hesabatlarına görə, İngiltərənin Atatürk haqda məlumat toplama fəaliyyəti onun 1919-cu ilin mayında Samsuna getməsindən və Anadoluda təşkilatlanmağa başlamasından sonraya təsadüf edir.

Sözügedən sənədlərin 1918-ci ildə Birinci Dünya Müharibəsindən sonra Antanta Dövlətləri ilə Osmanlı İmperiyası arasında Mudros müqaviləsinin imzalanmasından bir il sonra hazırlandığı bildirilib.

Mustafa Kamal 1919-cu il mayın 19-da Osmanlı ordusunun müfəttişi kimi Samsuna gəlib və burada Amasya sülh müqaviləsinin imzalanmasını təmin edib, daha sonra Sivas və Ərzurum konqreslərini bir araya gətirib.

Hesabata görə, həmin dövrdə Türkiyədə olan ingilis rəsmilər Anadoluda milli hərəkatın getdikcə qızışdığı və Osmanlı İmperiyasının taleyini müəyyən edən sazişin ağır şərtlər irəli sürəcəyi halda silahlı müdaxilə olacağı xəbərdarlığını edib.

Sənədlərdə İzmirin müttəfiq dövlətlər tərəfindən ələ keçirilməsinin Anadoluda başlayan milli hərəkatı daha da qızışdırdığı və Atatürkün qələbəsində açar rolu oynadığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər