12 Noyabr 2019 10:04
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG terrorçularından təşkil olunan Suriya Demokratik Güclərinin (SDG) rəhbərliyində təmsil olunan Mustafa Bali ABŞ liderliyində yaradılan anti-İŞİD koalisiyasının sözçüsü, polkovnik Klyes Kagginslə görüşüb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, SDG adından açıqlama verən Mustafa Bali görüşün Hasekedə baş tutduğunu bildirib.

Polkovnik Klyes Kaggins SDG rəhbərləri ilə İŞİD-lə mübarizə məsələlərinin müzakirə olundu]unu deyib.

O, özünün Tvitter hesabında kürdcə etdiyi paylaşımda “İŞİD-in yatan hücrələrinin ortadan qaldırılması üçün atdığımız ortaq addımları Mustafa Bali və SDG-nın sözçüsü ilə müzakirə etmək qürur vericidir” ifadələrini işlədib.

Amerikalı polkovnikin SDG terrorçularla görüşü kritik bir tarixə təsadüf edir. Sabah Türkiyə Prezidenti Ərdoğanın ABŞ səfəri başlayır.


Müəllif: Cavad