12 Noyabr 2019 11:58
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səhnədə tamaşa vaxtı üç aktyor bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, olayla bağlı sosial şəbəkədə yayılan videoda əlində bıçaq olan bir nəfərin səhnədəki aktyorlara hücum etdiyi görünür.

Bıçaqlı şəxs əngəllənməyə çalışılsa da, o, fürsət tapıb aktyorlara xəsarət yetirə bilib.

Kral Abdullahın adını daşıyan salonda baş verən olayda iki kişi, bir qadının yaralandığı bildirilib.

Olayın videogörüntüsünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu