12 Noyabr 2019 23:14
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron telefon danışığının gedişatında Suriya üzrə əlaqələri uyğunlaşdırmağa razılaşdırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Liderlər Suriya üzrə koordinasiyanın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Onlar həmçinin İranın nüvə proqramının davam etdirilməsi üzrə addımları ilə bağlı narahatlıqlarını ifadə ediblər", - deyə xəbərdə bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər