İŞİD terror təşkilatının liderlərindən biri, gürcü əsilli Əl-Bara Şişani Ukraynada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, terrorçu Ukrayna, ABŞ və Gürcüstan təhlükəsizlik orqanlarının birgə əməliyyatında ələ keçib.
Ukrayna təhlükəsizlik xidmətinin yaydığı açıqlama Şişani ləqəbli Gürcüstan vətəndaşının 2012-ci ildə Suriyada Əhədun Əhəd təşkilatının “Ləzgiyə əmiri” kimi fəaliyyət göstərdiyi, 2013-cü ildə isə İŞİD liderlərindən biri Əbu Umar əş-Şişaninin köməkçisi olduğu bildirilib.
Əl-Bara Şişani Umar Şişaninin 2016-cı ildə öldürülməsindən sonra Türkiyəyə gedərək fəaliyyətini burada davam etdirib. 2018-ci ildə isə qanunsuz yollarla Ukraynaya gedib. Terrorçunun burada İŞİD-in bəzi qruplaşmalarına başçılıq etdiyi bildirilib.
Şişani Kiyev şəhəri yaxınlığındakı evində ələ keçib.