18 Noyabr 2019 10:39
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq Konqda 6 aydır davam edən kütləvi nümayişlər zamanı bir polis oxla vurulub.

Teleqraf.com xəbər verir ki, etirazçılar ötən günlərdə bir nəfəri də benzin tökərək yandırmışdı.

Oxla vurulan polisin vəziyyətinin ağır olduğu, xəstəxanaya aparıldığı bildirilib.

Nümayişlər Çin hakimiyyətindən müstəqillik tələbi ilə keçirilir.

Honq Konq vaxtilə Böyük Britaniyanın koloniyası olub. Etirazlar da Honq Konq üzərində suverenliyin Britaniyadan Çinə ötürülməsinin ildönümü ilə bağlı keçirilən mərasimlərdən başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər