19 Noyabr 2019 12:58
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Rusiya əldə edilmiş anlaşmaların şərtlərini yerinə yetirməsə, Türkiyə Suriyada anti-terror əməliyyatlarını davam etdirə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlara başlamaq üçün hazır vəziyyətdə olduğunu bildirib:

“ABŞ və Rusiya verdiyi vədləri yerinə yetirdi? Xeyr! Bu günədək vədlərini yerinə yetirməyib. Əgər bu anlaşmalar nəticə verməsə, ABŞ-la müzakirə apardıqdan sonra əməliyyatları davam etdirəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu