Tehranda iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının üç əməkdaşı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iğtişaşçılar onları mühasirəyə alıb və soyuq silahla öldürüblər.
Hadisənin konkret necə baş verdiyini agentlik dəqiqləşdirməyib, lakin ölənlərdən biri İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) əməkdaşı, ikisi isə “Bəsic” (mobil qüvvələr) üzvü olub. Onlar təhlükəsizliyin təmin edilməsinə cəlb olunublar.
Bir gün əvvəl hökumətin rəsmi nümayəndəsi Əli Rabii İranda benzinin qiymətinin artması səbəbindən baş verən iğtişaşlarda bir neçə hüquq-mühafizə orqanı əməkdaşının öldürüldüyünü söyləmişdi.