Xorvatiyada səfərdə olan Almaniya baş naziri Angela Merkel qaçqınlar məsələsinə də toxunub.
Teleqraf.com-un məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya qaçqınları ilə bağlı açıqlmasına baş nazir belə münasibət bildirib: "Almaniya xarici sərhədlərini qorumaq məcburiyyətində olan ölkə kimi miqrant və sığınacaq istəyənlərlə bağlı təcrübəlidir.
Amma Şengen bölgəsinin tam ortasında olan ölkəyik deyə vəziyyət xeyli fərqlidir. Şengen bölgəsinin qorunmasına böyük önəm veririk. Türkiyə ilə razılaşmağımızın da səbəbi budur. Həqiqi şəkildə dialoq qura bilməyimizin yeganə yolu budur. Bu istiqamətdə üzərinə böyük məsuliyyət götürən Türkiyəyə bərabər yardım göstərməyə hazırıq".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya qaçqınları mövzusunda Avropa ölkələrinə xəbərdarlıq mesajı göndərmiş, ölkəsinə onların yardım göstərməli olduğunu bildirmişdi.