21 Noyabr 2019 12:00
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd, keçmiş vitse-prezident Co Bayden ABŞ-ın hazırkı prezidenti Donald Trampı KXDR lideri Kim Çen İnla görüşdüyünə görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, C.Bayden bunu teledebat zamanı deyib.

“O, Kim Çen İnla görüşərək Şimali Koreyanın istədiyi hər şeyi onlara verdi. Onların legitimliyini təmin etdi”, – deyə Bayden qeyd edib.

Bayden KXDR nümayəndələrinin ABŞ-ın hazırkı prezidenti haqda dedikləri “çubuqla döyülməli olan quduz it” sözünü xatırladıb. Amerikalı siyasətçi zarafatla əlavə edib ki, bu məqam istisna olmaqla Kim Çen In onun xoşuna gəlir.


Müəllif: Səxavət

Oxşar xəbərlər