21 Noyabr 2019 15:28
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Donbas bölgəsində inşa edilən körpünün açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində Rusiya və Donbasdakı separatçıların bayraqlarının qaldırılması diqqətdən yayınmayıb.

Zelinski hələlik atəşkəsin elan olunduğu və daxili savaş baş verən bölgədə körpünün açılış mərasimində iştirak edib. Sverski Donetsk çayı üzərində yerləşən körpü 2014-cü ildə Ukrayna ordusu tərəfindən dağıdılmışdı.

Zelenski açılış mərasimindən sonra Teleqram kanalında verdiyi açıqlamada deyib: “Körpünü təmir edib söz verdiyimiz kimi, Luqansk şəhərinə geri verdik”.

2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra Donetsk və Luqansk (Donbas bölgəsi) təktərəfli formada və Rusiya ordusunun dəstəyi ilə “müstəqilliyini” elan edib. Bundan sonra bölgədə başlayan müharibəyə keçən ay sülh sazişinin imzalanmasıyla son qoyulub.

Ötən ay ATƏT-in Təmas Qrupu Donbasa Ukrayna daxilində xüsusi statusun verilməsi ilə bağlı müqavilə (“Ştaynmayer formula”) imzalayıb.

Təmas Qrupu Rusiya, Ukrayna və ATƏT-dən ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər