22 Noyabr 2019 10:52
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokrat senator Bob Menendezin ABŞ Konqresinə təqdim etdiyi və 1915-ci il erməni olaylarını “soyqrım” kimi tanınmasını nəzərdə tutan qanun layihəsi ikinci dəfə blok edilib.

Teleqraf.com xəbər verir ki, ötən həftə bu qanun layihəsini respublikaçı senator Lindsey Qraham blok etmişdi. Bu dəfə isə Georgiya ştatından olan respublikaçı senator Devid Perdue saxta soyqrım layihəsinə veto qoyub.

Senator Perdue həssas bir mərhələnin yaşandığını, layihənin qəbulunun Türkiyə ilə münasibətlərə ağır zərbə vuracağını ifadə edib.

Xatırladaq ki, Senatda qanun layihəsi səsverməsi zamanı istənilən senator bunun əksinə çıxaraq prosesə veto qoya bilir.

Bundan əvvəl Konqresin Nümayəndələr Palatasında saxta erməni soyqrımı layihəsi müzakirəyə çıxarılaraq 405 səslə qəbul edilib. Nümayəndələr Palatasında bu qanun layihəsinə qarşı 11 nəfər çıxış edib.


Müəllif: Cavad

Oxşar xəbərlər