İŞİD terror təşkilatının üzvləri Türkiyə və ya İraqın Ərbil bölgəsində Hollandiya missiyalarına müraciət edəcəyi təqdirdə onları məcburi ölkəyə qəbul etməli olacağıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Hollandiya Baş naziri Mark Rutte deyib.
Baş nazir İŞİD üzvü olanların uşaqlarının durumunu “çox qorxulu vəziyyət” kimi qiymətləndirib: “Amma onlar da böyüyəndə risk yarada bilərlər. Mən 1-2 yaşlı uşaqlardan deyil, daha böyük uşaqları nəzərdə tuturam.
Onların valideynləri özlərinə ölüm təhlükəsi yaradan bölgələrə getməklə övladlarını da pis duruma saldılar. Bu, valideynlərin məsuliyyətidir. O uşaqları Suriyaya biz göndərməmişik”.