23 Noyabr 2019 17:06
1 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin xalq artisti, Qorki adına Moskva Akademik İncəsənət Teatrının prezidenti Tatyana Doronina Rusiya Prezidenti Vladimir Putinlə fərdi söhbətində ondan teatr ətrafında yaranmış vəziyyətə müdaxilə etməsini xahiş edib. Yeni rəhbərlik Doroninanı aldadıb, onu bütün üstünlüklərdən məhrum edib və onu dəstəkləyən aktyorlara təzyiq göstərilməsini təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Exo”ya Moskva Akademik İncəsənət Teatrının aktyoru Andrey Çubçenko məlumat verib.

Andrey Çubçenko Vladimir Putinin vəziyyəti anladığını və bu məsələ ilə məşğul olunacağına söz verdiyini təsdiqləyib.


Müəllif: Səxavət