Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, danışıq dekabrın 9-da Parisdə planlaşdırılan "Norman formatı"nda görüş ərəfəsində rəsmi Kiyevin təşəbbüsü ilə baş tutub.
Kremldən qeyd ediblər ki, dövlət başçıları 2018-ci ilin noyabrında Rusiyanın dövlət sərhədini pozan üç hərbi gəminin təhvil verilməsinə toxunublar.
Öz növbəsində Zelenskinin ofisində də qeyd ediblər ki, Ukrayna lideri Kiyevə verilmiş gəmilərin silahlarını, avadanlığını və sənədləri qaytarmaq zəruriliyini bildirib.
Bundan başqa, Putin Zelenski ilə Rusiyanın Ukraynaya ixrac etdiyi təbii qaz məsələsini də müzakirə edib.
Prezidentlər əlaqələri müxtəlif səviyyələrdə davam etdirməyi razılaşdırıblar.