27 Noyabr 2019 16:48
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Benzinin qiymətlərinin artması şəraitində İranda təşkil edilən təhlükəli sui-qəsd İran xalqının özü tərəfindən uğurla zərərsizləşdirildi”.

Teleqraf.com xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xameneyi deyib.

O qeyd edib ki, İranı daxildən qarışdırmaq istəyən qüvvələr benzinin bahalaşmasından şans kimi istifadə etməyə cəhd edib.

Xameneyinin sözlərinə görə, təcavüzkarlar bu məqsədlə pul xərcləyib və bir nöqtədən hərəkətə keçmək üçün səy göstərib.

Noyabrın 15-də İranda benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər başlayıb. Etirazlar ölkənin 28 vilayətini əhatə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər