28 Noyabr 2019 11:50
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Avropa üçün həyati əhəmiyyətə malikdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı bildirib.

Alman lider bu həftə Londonda NATO-nun 70 illiyinin qeyd ediləcəyini xatırladıb. Onun sözlərinə görə, alyans ən azı “Soyuq müharibə” dövründəki qədər önəm daşıyır. NATO-nun mövcudluğu Avropa qitəsinin maraqlarına tam uyğundur: “Avropa bu gün özünü təkbaşına müdafiə edə biləcək durumda deyil. NATO-ya bağlıyıq. NATO üçün çalışmaq və daha çox məsuliyyət altına girməyimiz gərəkdir”.

Türkiyənin NATO üzvlüyü məsələsi ilə bağlı müzakirələrə toxunan Merkel iddia edib ki, Türkiyə NATO-da özü-özünü təcrid edir: “Sözsüz ki, Türkiyə NATO daxilində çətin müttəfiqdir. Sual budur: Türkiyəni NATO-da saxlayacağıqmı, yoxsa bu, mümkün olmayacaq? Mən bunu deyirəm, Türkiyə mütləq NATO üzvü kimi qalmalıdır. Bunun üçün cəhdlər göstərməyimiz lazımdır. Çünki Türkiyənin üzvlüyü və NATO-da qalması ittifaq baxımından geostrateji bir əhəmiyyətə malikdir”.

Suriya böhranının başa çatdırılması üçün Avropanın daha aktiv rol oynamasının gərəkli olduğun diqqət çəkən Merkelin sözlərinə görə, bunu Türkiyə və Rusiya ilə danışmadan həll etmək olmaz. O, əlavə edib ki, bu səbəbdən Türkiyə, Rusiya və Fransa liderləri ilə bir araya gəliblər.


Müəllif: Cavad

Oxşar xəbərlər