29 Noyabr 2019 17:21
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Makron, əvvəlcə sən öz beyin ölümünə bir nəzarət etdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Fransa lideri Emanuel Makronun “NATO-nun beyin ölümü gerçəkləşdi” bəyanatına cavab olaraq bildirib.

Ərdoğan əlavə edib ki, Türkiyə ilə bağlı həzm problemi yaşayanların getdikcə artdığı görünür.

O, buna misal kimi son NATO müzakirələrini göstərib:

“Biz bunu 3,4 və 5 dekabrda Londonda NATO üzvü olan dövlətlərin liderlərinin zirvə görüşündə müzakirə edəcəyik. Daha ora getmədən bəziləri danışmağa başlayıb. Kimlərsə Türkiyənuin öz haqlarını qorumaq cəhdlərinə dözə bilmir. Fransa prezidentinin son açıqlamaları bu xəstəlik anlayışının göstəricilərindən biridir. Cənab Makron, öncə sən öz beyin ölümünü bir kontrol etdir. İnanın, çox təcrübəsizsiniz. Terrorla mübarizənin fərqinin nə olduğunu bilmir. Ona görə “sarı jiletlilər” Fransanı işğal və istila etdi. Həll edə bilmir, edə də bilməz. Onların haqq və hüququnu qoruya bilmir. Sənin Suriyada nə işin var? Bizim Suriya ilə 911 kilometr sərhəddimiz var. Adana razılaşmamız var. Bizim Suriyaya girmək haqqımız var. Bəs sənin hansı haqqın var?”


Müəllif: Cavad

Oxşar xəbərlər