10 Dekabr 2019 12:16
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi 15 dəqiqəlik görüşdə aparılan danışıqlar barədə danışıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti danışıqlar zamanı bir sıra güzəştlər olduğunu qeyd edib:

“Mən bilmirəm kim daha çox güzəştə getdi, hazırda ən doğrusu diplomat olmaqdır, biz hələ indi danışıqlara başlamışıq. Gəlin, hələlik bu nəticəyə heç-heçə deyək”.

Qeyd edək ki, Vladimir Putin ilk açıqlamasında Ukrayna prezidenti ilə görüşdən razı qaldığını bildirib. Bu, Putinlə Zelenskinin ilk görüşüdür.


Müəllif: Nərgiz