20 Sentyabr 2014 14:05
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raunduna bu gün start verilib.

Teleqraf.com-un amerikaninsesi.org-a istinadən verdiyi xəbərə görə, Nyu-York görüşündə İran, ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya nümayəndələri iştirak edir.

İran nüvə razılığının əldə edilməsi istiqamətində iş apardığını iddia etsə də, təhlilçilər noyabr aının 24-də başa çatacaq möhlətədək nailiyyət əldə ediləcəyini düşünmür. Belə ki, tərəflər iyul ayına təyin edilən əvvəlki möhlətədək razılığa gələ bilməyib.

Bu həftənin əvvəllərində İran və ABŞ diplomatları müzakirələr keçirib, sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın uran zənginləşdirilməsi proqramının dondurulmasına dair müvəqqəti razılıq əldə edib.

Samir


Müəllif:

Oxşar xəbərlər