11 Dekabr 2019 00:29
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokrat konqresmenlər - Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Ədliyyə Komitəsinin rəhbəri Cerold Nadler, habelə Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff ötən gün keçirdikləri mətbuat konfransında prezident Trampın impiçment prosesinin növbəti addımlarının müzakirə edildiyini bildiriblər.

Teleqraf.com xəbər verir ki, qanunvericilər ABŞ dövlət başçısını vəzifəsindən sui-istifadədə və Konqresin fəaliyyətinə maneə törətməkdə ittiham edib.

Cerold Nadler deyib ki, prezidentin əməlləri milli təhlükəsizliyə hədə yaratmaqla yanaşı, prezident seçkilərinin ədalətli keçirildiyini sual altına alıb.

Nadler əlavə edib ki, Trampdan fərqli olaraq, qanunvericilər ilk növbədə Konstitusiyaya riayət edilməsi məsələsinə diqqət yetirir.

Daha sonra danışan Adam Şiff deyib ki, Konstitusiyanı pozan ictimaiyyətin inamından da məhrum olur.

Onun sözlərinə görə, Trampın prezident kimi vəzifəsindən sui-istifadə etdiyinə dair əsaslı və çox saylı dəlillər əldə edilib. Qanunverici qeyd edib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə xaricdən hər bir müdaxiləyə mane olunmalıdır.

Daha əvvəl Nensi Pelosi bildirib ki, prezident “növbəti seçkiləri korrupsiyalaşdırmağa, Amerika demokratiyası və milli təhlükəsizliyinə hədə törətməkdə” davam edir.

Mətbuat konfransında "Trampın impiçmentinə kifayət qədər səs veriləcəkmi?" sualının cavabında Pelosu deputatların vicdanlarını dinləyərək səs verməli olduğunu bildirib.

Тramp isə öz növbəsində bu qədər nailiyyətə malik olan prezidentin impiçmentinə yol açacaq heç bir səhv hərəkətə yol vermədiyini deyir.

Nadler komitəsinin bu həftə bir araya gələrək, prezidentə qarşı irəli sürüləcək ittihamların nəzərdən keçiriləcəyini deyib.

Komitə impiçment sənədini demokratların nəzarətində olan Nümayəndələr Palatasına göndərməzdən öncə səsə qoymalıdır.


Müəllif: Teleqraf.com