12 Dekabr 2019 10:34
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Türkiyəni geri qazanmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Silahlı Xidmətlər Komitəsində təşkil edilən Suriya müzakirələrində çıxışı zamanı ABŞ müdafiə naziri Mark Esper deyib.

Pentaqonun şefi əlavə edib ki, Türkiyə ilə bağlı ən böyük narahatlıq NATO oxundan çıxa bilməsidir: “Önümüzdəki iş 70 illik müttəfiqimizi yenidən NATO ittifaqı tərəfindən necə geri çəkə biləcəyimizin yolunu tapmaqdır”.


Müəllif: Cavad