13 Dekabr 2019 15:28
485

Donbası Ukraynaya qaytaracaqları təqdirdə 10 dəfə, Krımı qaytaracaqları təqdirdə 100 dəfə Putinin əlini sıxmağa hazıram.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “1+1” televiziyasının efirində söyləyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna liderinin sözlərini şərh edərkən ona Putinin əlini sıxarkən bu məsələni qaldırmamağı məsləhət görüb.

“Dəqiq deyə bilərəm ki, Putinin əlini sıxarkən Krım məsələsini qaldırmamaq daha yaxşı olar. Donbasa gəldikdə isə, əvvəlcə də qeyd etdiyimiz kimi, Putinin əlini sıxmaq yox, Minsk razılaşmasının şərtlərini yerinə yetirmək lazımdır. O zaman hamı bir-birinin əlini sıxaraq Ukraynanı daxili münaqişəni həll etməsi münasibəti ilə təbrik edə biləcək”, - deyə Peskov bildirib.


Müəllif: Teleqraf.com